“Qara dəlik” hara aparır?!

post-img

Kosmos haqqında düşünəndə ulduzlarla bəzədilmiş gözəl, qaranlıq bir məkan təsəvvür edirik. Uşaqlıqda çoxlarımız astronavt olmağı, kosmosa uçmağı arzulamışıq. Bəs kosmosda hər şey bu qədər gözəldirmi? 

Orbitdə bir ay keçirdikdən sonra ayaqların dərisi “düşür”. Döyənəkdən qurtulmağın ən etibarlı variantı orbitdə bir ay keçirməkdir. 

Bir gün nəhəng qara dəlik kainatı udacaq. Qara dəlik kosmosda saatda 3 milyon mil sürətlə uçur, çəkisi Günəş­dən milyonlarla dəfə çoxdur. Dörd mil­yard işıq ili uzaqlıqdakı qalaktikalar arasında səyahət edir. 

Uzaq gələcəkdə heç bir ulduz qal­mayacaq. Ola bilsin ki, o anda Yer planeti öz mövcudluğunu dayandırmış olacaq. Ulduzların yerində Maleviçin qara kvadratı qalacaq və başqa heç nə olmayacaq. 

P.ƏFƏNDİ
XQ

Dünya