Mahnıları ilə qəlblərə yol tapan türkiyəli sənətçi Fərhad Köçər Bakıda konsert proqramı ilə çıxış edib. “Anadolu events”in təşkilatçılığı ilə baş tutan musiqili gecəyə Heydər Əliyev Sarayı evsahibliyi edib.
İki saat davam edən musiqili proqramda o, bir-birindən çox sevilən mahnılarını ifa edərək pərəstişkarlarına xoş anlar yaşadıb. Çıxışdan əvvəl jurnalistlərin suallarını cavablandıran ifaçı son zamanlarda Qarabağda baş verən hadisələrdən təsirləndiyini bildirib və şəhid ailələrinə başsağlığı verib.
F. SALMAN
XQ

