Payızda vitamin çatışmazlığı və orqanizmdə kimyəvi birləşmələrin balanssızlığı dövründə depressiyanın inkişafının qarşısını almaq üçün ekspertlər bəzi qidalara üstünlük verməyi məsləhət görürlər.
Yuxululuq, enerji çatışmazlığı, ümidsizlik hissləri, pis əhvali-ruhiyyə kimi payız dövrünə xas olan depressiyanın simptomlarını azaltmaq üçün mütəxəssislər tərkibində yüksək miqdarda B6 vitamini olan banan yeməyi tövsiyə edirlər. Bu element sinir sistemini gücləndirməyə və narahatlığı azaltmağa kömək edir.
Payız aylarında qəbul edilməli qidalara, həmçinin dəniz məhsulları, eləcə də faydalı yağlarla zəngin olan balıq növləri aiddir. Mütəxəssislər qırmızı balıqları, xüsusilə, qızılbalıq tövsiyə edirlər. Çünki balığın tərkibində olan doymuş yağlar narahatlığın qarşısını alır.
Mütəxəssislər, həmçinin hər hansı depressiv epizodların öhdəsindən gəlmək üçün yeməklərə bibər əlavə etməyi məsləhət görürlər.
Z.HÜSEYNLİ
XQ

