QHT nümayəndələri Anım Günü ilə əlaqədar Ulu Öndərin məzarını və Şəhidlər xiyabanlarını ziyarət ediblər

post-img

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi, 300-dən çox qeyri-hökumət təşkilatlarının nümayəndələri sentyabrın 26-da Anım Günü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüzün qorunması və bərpası uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla anıb, məzarları üzərinə gül dəstələri düzüblər.

Bildirilib ki, bütün Azərbaycan bu igid övladları ilə fəxr edir, onlarla qürur duyur.







Sosial həyat