54,8 min  reabilitasiya vasitəsi verilib

post-img

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin 8 ayında əlilliyi olan şəxslərə ötən ilin müvafiq dövrünə nisbətən 28 faiz çox olmaqla 54,8 min reabilitasiya vasitəsi verib.

Onlardan  2231-i təkərli oturacaq, 291-i mühərrikli təkərli oturacaq, 1988-i aşağı və yuxarı ətraf, habelə döş protezi, 1232-i eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 2183 cüt protez ayaqqabı, 4496 cüt ortopedik ayaqqabı, 50 səsli tonometr, 48 səsli tibbi termometr, 117 korset,  1795 qoltuqaltı və dirsəkaltı ağac,19 hərəkətli qaldırıcı qurğu və s. reabilitasiya vasitələri təqdim edilib. 

Yanvar–avqust aylarında 7 min 500 şəxs reabilitasiya vasitəsi ilə təmin edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı işləri bu il də davam edib. 

Ümumilikdə, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib, müharibə ilə əlaqədar əlilliyi olan 1 990  şəxsə 43,1 min reabilitasiya vasitəsi verilib.

 

Zərifə BƏŞİRQIZI

XQ

Sosial həyat