120 min pensiya, müavinət və təqaüd təyinatı

post-img

Əhaliyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin 8 ayında 12,2 milyon müraciət qeydə alınıb. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən aldığımız məlumatda deyilir. 

Bildirilir ki, bu il də e-təyinatlar davam edib, 119,9 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, e-qaydada 194 min fərdi şəxsi hesab açılıb. Nazirliyin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə 259 min e-arayış verilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən bu ilin 8 ayında nazirliyin informasiya bazalarına edilən sorğu sayı 203 milyon olub. Zərifə BƏŞİRQIZI

XQ

Sosial həyat