Ağartı – ağ məlhəm

post-img

Ağartı, xüsusilə qatıq bəzi yeməklərdə istifadə edilməklə yanaşı, həm də vitaminlər, minerallarla zəngin olub sağlamlıq üçün çox faydalıdır.

Dietoloqların fikrincə, qa­tıq kalsium və probiyotiklər kimi qida maddələrinin mənbəyidir. Bu məhsul sümüklər, bağırsaq­lar üçün faydalıdır və arıqlamağa da kömək edir. Bir qab azyağlı qatıq 14 qrama qədər protein tə­min edir. Protein toxluq hissi ya­ratdığından qatıq enerji almağa kömək edən ideal səhər qəlyanaltısı ola bilər.

Tədqiqatlar sübut edib ki, süd məhsullarının qəbulunu artırmaq yüksək qan təzyiqinin inkişaf riskini azalda bilər. Balanslaş­dırılmış pəhrizin bir hissəsi kimi müntəzəm qatıq istehlakı xəstəlik riskini 30 faiz aşağı salır.

Qatıq həmçinin xolesterol səviyyəsini aşağı salmaqla ürək sağlamlığını yaxşılaşdırır. Bağır­saqların selikli qişalarının keçiri­ciliyini tənzimləyir və sağlamlığını qoruyur. Bundan başqa, qatığın tərkibində probiotiklərin olma­sı virus və toksinlərlə mübarizə apara bilən təbii antikorların və immun hüceyrələrin sintezini sti­mullaşdırır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat