“YAŞAT”ın ali məktəbə daxil olmuş şəhid övladlarına hədiyyəsi

post-img

Fonddan verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin 2023–2024-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul edilən şəhid ailə üzvləri ilə görüşü olub. Bildirilib ki, Fond bu il də ilk dəfə tələbə adını qazanan hər şəhid övladına 2 min AZN pul mükafatı verəcək.

Ülvi Mehdiyev onları bu əlamətdar ha­disə münasibətilə təbrik edib, təhsil həyatla­rında və gələcək fəaliyyətlərində uğurlar arzu edib. Görüş iştirakçılarına fondun 2 min AZN birdəfəlik pul mükafatının sertifikatları təq­dim olunub.

XQ

Sosial həyat