Sahibkarlıq fənnə çevrilir

post-img

Cari dərs ilindən “İnnovativ məktəb” layihəsi çərçivəsində bir neçə təhsil müəssisəsində sahibkarlıq fənni pilot şəkildə tədris ediləcək.

Elm və Təhsil Nazirliyindən verilən xə­bərə görə, bu məqsədlə İsrailin ən böyük məktəb şəbəkəsi “ORT İsrail” müvafiq dərs vəsaiti hazırlayıb.

Sözügedən vəsait şagirdləri gələcəyin çağırışlarına hazırlayacaq sahibkarlıq təfəkkürü, yaradıcı düşüncə və XXI əsr bacarıqlarının aşılanması kimi mövzuları əhatə edir. Kitaba layihəəsaslı tapşırıqlar, komanda işləri və individual çalışmalar da daxil edilib.

Sahibkarlıq fənninin tədrisi ilə bağlı sent­yabrın 4–8-də pilot tədris aparılacaq mək­təblərin direktor və müəllim heyətinə “ORT İsrail” mütəxəssisləri təlim keçiblər. Təlimdə layihəəsaslı tədris, müəllimlərin şagirdlərə yanaşması, məktəblilərin yaradıcı düşüncəyə təşviqi, sinif otağında müəllim-şagird rolları və digər mövzulara toxunulub, praktiki tap­şırıqlar, interaktiv müzakirələr təşkil edilib.

XQ

Sosial həyat