Məktəblərdə qida nəzarəti

post-img

Elm və Təhsil Nazirliyinin ilə Qida Təhlükəsizliyi Agentliyinin rəhbərlikləri təhsil müəssisələrində bufetlərin fəaliyyətinə dair məsələni ətraflı müzakirə ediblər. 

Agentliyin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib ki, bü­tün təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq: “Bu ildən eti­barən Qida Təhlükəsizliyi İnstitutu nazi­riliyin tabeliyindəki bütün müəssisələrdə xüsusi proqram və təlimlər həyata ke­çirəcək. Keyfiyyətə nəzarət məsələlə­rinə, həmçinin məhsulların daşınması, çardırılması, satılmasına xüsusi nəzarət prinsipləri tətbiq olunacaq. Ümid edirəm ki, gələcəkdə neqativ hallar ortadan qal­dırılacaq”.

XQ

Sosial həyat