Sumaq həm də dərmandır

post-img

Sumaq xeyirli olsa da, qədərindən artıq istifadə edilərsə orqanizmdə problemlər yarada bilər. Bu ədviyyat mətbəximizdə istifadə edilir, yağlı yeməklərin, həmçinin qutabların üzərinə səpilir. Sumaq təzyiqin qarşısını almaqda və ya sabit saxlamaqda böyük təsirə malikdir.

Sumaq həzmi asanlaşdırır, iştahı artırır, ishalı kəsir, qandakı şəkəri azaldır. O, turş dadlı bir ədviyyatdır, sidik xəstəliklərində faydalı olmaqla, super antioksidant gücünə malikdir. Sumaq dəmləməsi zəhərlənmələr zamanı da istifadə olunur. Kəsilən yerin üzərinə sumaq töküləndə zədələnən damarı büzərək qanaxmanın qarşısını alır.

Bəzi sumaq növlərinin zəhərli olduğu bildirilir. Həmçinin sumaq miqdarından artıq yeyilməməlidir, insanda qəbizlik yaradır.

Sumaq kəskin qoxunu azaltdığı üçün soğan salatlarında da istifadə edilir. Tibbi tərəfdən də faydaları çoxdur. Bitkinin yarpağı qaynadılaraq içilir və ya boğaz və diş əti xəstəliklərində qarqara edilir. Bunun üçün 1 litr qaynar suya 100 qram sumaq atılır, 10 dəqiqə dəmlənir və gündə 3 stəkan ya içilir və ya qarqara kimi istifadə edilir.

Z.HÜSEYNLİ
XQ

 

Sosial həyat