Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin layihəsi çərçivəsində bu il əlilliyi olan 400 şəxsə “Rehabus” xidməti göstərilib. Yeni tətbiq edilən həmin xidmət həssas qrupa göstərilən daha bir dəstək növüdür.
Bu xidmət çərçivəsində xüsusi ayrılmış avtobuslar hər gün reabilitasiya kursuna cəlb olunmuş şəxsləri yaşadıqları ünvanlara yaxın ərazilərdən götürür, agentliyin Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə və Bakı Reabilitasiya Mərkəzinə ödənişsiz şəkildə çatdırır. Ambulator şəkildə reabilitasiya proqramına cəlb edilənlər prosedur bitdikdən sonra yenidən geri qaytarılırlar.
Layihənin məqsədi Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icmaəsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq, müvafiq müəssisəyə asan, rahat şəkildə çatmasını təmin etməkdir.
Zərifə HÜSEYNOVA, XQ