“İşsizin dostu” – DOST

post-img

DOST İş Mərkəzi tərəfindən “İş­sizin dostu” proqramı üzrə ödənişli ictimai işlərə cəlb edilən şəxslər ara­sında müharibə veteranları, şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslərə üstünlük verilir.

Mərkəzin icra etdiyi proqram üzrə müxtəlif işlərdə çalışanların 8 min nəfə­ri həmin həssas kateqoriyalardan olan vətəndaşlardır.

“İşsizin dostu” proqramı çərçivəsin­də 56 min ictimai iş yeri yaradılıb və onların böyük əksəriyyəti ölkəmizin re­gionlarındadır. Proqrama cəlb olunan­larla əmək müqaviləsi bağlanıb ki, bu da işə cəlb edilənlərin gələcək əmək və sosial təminat hüquqlarının formalaş­masına əsas yaradır. 

Zərifə HÜSEYNOVA, XQ

Sosial həyat