Salyanda ""Gənc şahinlər" hərbi-vətənpərvərlik klubu" layihəsi yekunlaşıb

post-img

Salyan rayonunda ""Gənc şahinlər" hərbi-vətənpərvərlik klubu" layihəsinin bağlanış mərasimi keçirilib. 

Mərasimdə layihə rəhbəri Firudin Tahirov, valideynlər və layihə iştirakçıları iştirak edib.

Layihə rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi Salyan rayonunda sistemli olaraq fəaliyyət göstərəcək "“Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu"nun yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən müsabiqələrin, yarışların, hərbi düşərgələrin təşkil edilməsi ilə yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da inkişaf etdirməkdən və onlara ilkin hərbi nizam-intizam anlayışlarını aşılamaqdan  ibarət olub.

Belə ki, Salyan rayonunda RESURS Gənclərin İnkişafı İctimai  Birliyinin nəzdində daimi və sistemli olaraq fəaliyyət göstərə biləcək "“Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu" yaradılıb.

Layihə çərçivəsində klubun işini təşkil edə biləcək klub rəhbəri və köməkçisi seçilib. Daha sonra isə 16 nəfər yeniyetmə və gənclər seçilərək klub təsis ediblər. Klubun 10 günlük fəaliyyətindən sonra iyul ayı ərzində ardıcıl olaraq ümumrayon səviyyədə 2 tədbir təşkil olunub. Yekunda isə 16 nəfərlik hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub ki, burada klub üzvlərinə yeni həyati bilik və bacarıqlar aşılanıb, onların vətəpərvərlik dəyərlərinin inkişaf etdirilməsinə dəstək olunub.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinun elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olub və 1 iyul-31 avqust tarixlərini əhatə edib.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"









Sosial həyat