Bölgə təmsilçisi paytaxdan qələbə ilə ayrılıb

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib. "XQ" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Belə ki, paytaxtın "Sabah" komandası doğma meydanda  "Turan Tovuz"u qəbul edib.

İlk hissədə qonaqlar daha üstün oyun nümayiş etdirib. Məhz bunun nəticəsində görqşqn 19-cu dəqiqəsində hesab açılıb. "Turan Tovuz"un heyətində Roderik Miller fərqlənib. Birinci hissə qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb

Rauf Cabarovun idarə etdiyi matç ikinci hissədə də maraqla keçib. Belə ki, ilk qoldan ilhamlanan Tovuz təmsilçisi 56-cı dəqiqədə "Bank Respublika Arena"da ikinci qolun sevincini yaşayıblar. Bu dəfə qonaqların futbolçusu Şəhriyar Əliyev fərqlənib-0:2. Lakin bu da oyunda son nöqtə olmayıb. Belə ki, "Turan Tovuz"un heyətində 79-cu dəqiqədə Belajdi Pusi fərqlənib.  Qonaqlar hesabı 3:0-a çatdırıblar. Bu qoldan sonra oyunda hesab dəyişməyib.

Bu görüşdən sonra xallarınln sayını 9-a çatdıran "Turan Tovuz" turnir cədvəlində ikinci pilləyə yüksəlib. 4 xalı olan sabah isə 6-cı sıradadır.

Qeyd edək ki, turu digər görüşləri sentyabrın 2-də və 3-də keçiriləcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman