Ulu öndərin təhsil siyasətinin uğurları

post-img

Heydər Əliyev İli çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş tərkibli iclasında rayonda 2022/2023-cü tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasətindən danışan rayon icra haki­miyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, bu uğurlu siyasət real şəkildə özünün müsbət təzahürünü göstərib. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə təhsilin milli əsaslar üzərində yenidən qurulması, əsl inki­şafa qоvuşması məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşib.

Vurğulanıb ki, ümummilli lide­rin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qay­ğı göz qabağındadır. Son illərdə ölkə­də yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri böyük vüsət alıb. Eyni zamanda, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsinə Cə­nubi Qafqazın ən böyük ictimai təş­kilatı olan Heydər Əliyev Fondu da öz töhfəsini verir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi fond tərə­findən reallaşdırılan “Yeniləşən Azər­baycana yeni məktəb” layihəsi çərçi­vəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qu­rulub. 

Sonra qəbul imtahanlarında yük­sək nəticələr göstərmiş, qızıl və gü­müş nişana layiq görülmüş məzun­lara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisin­də yaşayan sosial qayğıya ehtiyacı olan ailələrdən 500 nəfərdən artıq şa­girdə məktəbli forması təqdim edilib.

Sonda 2 nömrəli və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dər­nək üzvlərinin müxtəlif musiqi nöm­rələri səsləndirilib.

“Xalq qəzeti”

Sosial həyat