Ulu öndərin ekoloji siyasəti

post-img

Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının birgə keçirdiyi konfransda ümummilli lider Heydər Əliyevin ekoloji siyasətindən geniş söhbət açılıb.

Muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Xanlar Mustafayev bildirib ki, ulu öndərin təşəbbüsü ilə Azərbaycanda davamlı yaşıllaşdırma tədbirləri həya­ta keçirilib, nadir flora və fauna növ­lərinin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasəti müəyyən edilib. 

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli isə qeyd edib ki, mövcud ekoloji problemlərin sistemli həllini təmin etmək məqsədilə Prezi­dent Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inki­şafa dair” və “Azərbaycan Respublika­sında meşələrin bərpa edilməsi və ar­tırılmasına dair” Milli proqramlar təsdiq olunub.

Bildirilib ki, “Heydər Əliyev İli” ilə əlaqədar Naxçıvan Muxtar Respubli­kasında 440,1 hektar ərazidə yaşıllaş­dırma tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Səbuhi HƏSƏNOV

Sosial həyat