Qüdrətli Milli Ordunun banisi

post-img

Ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident Sərəncamının icrası ilə əlaqədar Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlər davam edir.

Müdafiə Nazirliyinin tabeliyindəki "N" hərbi hissəsində keçirilən tədbirdə çıxış edənlər ulu öndərin müasir Azərbaycan Ordusunun yaradılması və inkişafında misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, bu il anadan olmasının 100 illiyini təntənə ilə qeyd etdiyimiz ümum­milli iider həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbayca­nın dövlət müstəqilliyi möhkəmləndirilib, ölkəmizin beynəlxalq mövqeyi güclənib. Onun müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayə­sində ölkəmizin durmadan inkişaf etdiyi xüsusi vurğulanıb.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin ya­radıcı kollektivi ulu öndərə həsr olun­muş musiqi nömrələri təqdim ediblər.

“Xalq qəzeti”

Son xəbərlər