Ağalı 106 övladını da qoynuna aldı

post-img

Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində dünən Bakı şəhərindən Zəngilan rayonunun Ağalı kəndinə köçürülən 106 nəfərdən ibarət 22 ailə Ağalı kəndində qəbul edilib.

Doğma yurda qayıdan­ları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəb­rayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları “Ağıllı kənd”də qarşılayıblar. Sonra Ağalı sakinlərinin ailə başçıları­na evlərinin açarları təqdim edilib.

Böyük Qayıdış layihəsi çərçivəsində bu günədək Zəngilan rayonunun Ağa­lı kəndinə ümumilikdə 526 nəfərdən ibarət 108 ailə kö­çürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayan vətən­daşlardır. Köçürülən ailələri müvafiq qurumlar peşə ixti­saslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaq­lar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur.

Ağalıya qayıdan kənd sakini İlqar Məmmədov sevincini belə ifadə edib:

– Ağalıdan getməyimizi acı, ağrılı duyğularla xatır­layıram, o zaman mənim 6 yaşım var idi. Prezident İlham Əliyevin, Azərbaycan Ordusunun sayəsində bu gün doğulub boya-başa çat­dığım yurduma qayıdıram. İndi çox fərəhli bir gündür. Çünki böyük sevinc hissi ilə doğma yurdumuza qayıdı­rıq.

Heyran Məmmədova həsrətinə son qoyulan məqamda söyləyib:

– Çox sevinirəm ki, bu gün igidlərimizin, şəhidlə­rimizin sayəsində öz el-o­bamıza – Ağalıya qayıtdıq. Xatırlayıram ki, mən kənd­dən çıxanda 30 yaşım var idi. Hazırda 60 yaşındayam. Ağalıdan gələndə yoldaşım­la gəlmişdim, bu gün isə öv­ladlarımla qayıdıram. İnanı­rıq ki, hər şey yaxşı olacaq.

Döğma yurda dönən Raya Məmmədova isə məmnunluqla bildirib:

– Erməni təcavüzü nə­ticəsində torpaqlarımızdan göz yaşı ilə ayrılmışdıq. Bu gün isə vətənpərvərlik ru­hunda böyüdülmüş şəhidlə­rimizin qanı-canı bahasına, rəşadətli və müzəffər Ordu­muzun cəsarəti sayəsində azad etdikləri torpaqları­mıza qayıdırıq. Buna görə Prezident İlham Əliyevə və Ordumuza borcluyuq.

“Xalq qəzeti”



Sosial həyat