İnsanlığa qənim kəsilənlərin Şeytana qulluq etməsi qətiyyən təəccüblü deyil
Sərlövhəyə çıxardığımız aforizm mollanəsrəddinçi məşhur yazar Ömər Faiq Nemanzadənin 1917-ci ildə qələmə aldığı məqalədəndir. Doğulub-böyüdüyü mühitə, çəkdiyi əzablara, bütövlükdə, keçmişinə nifrət edən məzlumun xislətindən bəhs edən sosial-psixoloji pritçadır.
Müqayisə bir qədər qüsurlu görünə bilər, amma yüz ildən artıqdır özlərini “əzabkeş”, “məhrumiyyətlərə düçar olan”, “döyülən-qovulan xalq” sayan ermənilərin pakistanlı qardaşlarımızın faciəsinə bunca qeyri-insani münasibətinin başqa cür izahını tapa bilmədik.
Pakistanda 30 nəfərin həyatını itirdiyi dəhşətli qatar qəzasından sonrakı video-görüntünü də “şərhinə” əlavə edən “baqramyan26” sosial şəbəkə istifadəçisinin faciəyə ironiyalı reaksiyasına fikir verin: “Bütün bədbəxtliklərin baiskarı Pakistan qatarlarıdır! Axı onlar özlərinin atom bombası ilə fəxr edərək uzun və xoşbəxt həyat yaşaya bilərdilər. İntəhası, onlar bir dəfə də olmadıqları Ermənistanı məhv etməyi arzulayırdılar. Üstəlik, Afinada “Greek City Times”-ın bürosunun şefi Pol Antonopulosu öz tərəflərinə çəkməyə cəhd edirdilər. Amma bu zaman məlum oldu ki, Pakistanın hələ ...qatarları da var. Başsağlığımızı qəbul edin”.
Yox, biz içi çirkabla dolu erməninin səviyyəsinə enib, ona özünün “yarımvəhşi ampluasında” cavab vermək istəyindən uzağıq. Sadəcə olaraq, bircə onu xatırlatmağı lazım bilirik ki, özgənin faciəsinə sevinən, hüznlü məmləkəti lağa qoyan “baqramyanlar” bununla həm də biz Azərbaycan türklərinin bostanına daş atdıqlarını düşünürlər. Nəinki bəşəri qanunlarla, hətta cəngəllik qaydaları ilə bir araya sığmayan belə davranışları ilə haylar əyri burunlarının yanındakı əfi ilan, hiyləgər tülkü gözlərilə daim İblisə təzim etdiklərini, Şeytanın qulluğunda dayandıqlarını bütün dünyaya nümayiş etdirmiş oldular. Özlərini tanımayanlara tanıtdılar. Bu mənada, həmin “baqramyan26” həmcinslərinə “ayı xidməti” göstərmiş oldu.
Zalımın, qəddarın zülmündən qurtarmaq zaman məsələsidir. Amma, bu, xroniki mərəzə, sağalmaz xəstəliyə çevriləndə dünyanın bütün hüri-mələkləri bir yerə toplaşsa da, çarəsiz qalacaq. Necə deyərlər: Qozbeli qəbir düzəldər...
İ.HƏSƏNQALA, “Xalq qəzeti”

