Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur rayon Yuxarı Daşarx kəndində yaşayan aztəminatlı, sağlamlıq imkanları məhdud ailə ilə görüş olub.
Həsənovlar ailəsi ilə görüş zamanı komitənin aparat rəhbəri Eltun Həziyev və rayon icra hakimiyyəti başçısının şöbə müdirinin müavini Kamal İsmayılov aztəminatlı, sağlamlıq imkanları məhdud ailələrə daim diqqət və qayğının göstərildiyini, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və müvafiq ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirildiyini qeyd ediblər.
Sonra ailənin problemləri ilə maraqlanılıb və ehtiyaclarına uyğun 17 adda 31 kiloqramlıq ərzaq məhsulu köməkliyi göstərilib. Həmçinin vətəndaşın həyətyanı sahəsinin suvarma suyu ilə təmin olunması ilə bağlı komitəyə etdiyi müraciəti də öz həllini tapıb. Sağlamlıq imkanları məhdud, I qrup gözdən əlil Məhəmməd Həsənov göstərilən dəstəyə görə dövlətimizə minnətdarlığını bildirib.
Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”