Məhsuldar sortlar bolluq mənbəyidir

post-img

Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə bölgələrdə təşkil edilən tədbirlər fermerlərin böyük razılığına səbəb olur. Qeyd edək ki, əsasən, toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərlə keçirilən belə görüşlər mühüm önəm daşıyır. 

Bu dəfə növbəti görüş Tovuz­da olub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində reallaşan Tovuz, Ağstafa, Göygöl, Qazax, Şəmkir, Samux rayon­larında toxumçuluq fəaliyyəti ilə məş­ğul olan 30-dan çox fermer iştirak edib.

Tədbiri giriş sözü ilə Aqrar Xid­mətlər Agentliyinin sədr müavini Anar Əzimov açıb. Sədr müavini qeyd edib ki, kənd təsərrüfatının strateji sahələ­rindən olan toxumçuluğun inkişaf et­dirilməsi, məhsul istehsalçılarının ser­tifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması əsas prioritet vəzifələrdən biridir. Bol və key­fiyyətli məhsul istehsalının əsası serti­fikatlı toxumdan başlanır. 

A.Əzimov daha sonra deyib ki, Aq­rar Xidmətlər Agentliyi tərəfindən fer­merlərin sertifikatlı toxuma əlçatanlığı­nın təmin olunması, payızlıq buğda və arpa səpininin optimal müddətdə apa­rılması üçün toxumların kondisiyaya çatdırılması, habelə sertifikatlı toxum­dan lazımınca istifadə edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir. 

Azərbaycan Toxumçular Assosia­siyasının sədri Mədinə Əliyeva çıxış edərək bildirib ki, rəhbərlik etdiyi qu­rum tərəfindən toxumçulara daim dəstək göstərilir, problemlərin aradan qaldırılması üçün məsləhət və töv­siyələr verilir.

Görüşdə toxumların vaxtında serti­fikatlaşdırılmasının zəruriliyi də diqqətə çatdırılıb. Həmçinin toxum istehsalçı və istifadəçilərinin qarşılaşdıqları prob­lemlər dinlənilib, bu sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr də müza­kirə olunub.

Sonda toxumçularla müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, fer­merləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib. 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Sosial həyat