Qarabağ və Şərqi Zəngəzurda daşınmaz əmlak güzəştləri

post-img

Tarif (qiymət) Şurasının qərarı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinə yeni tariflərlə bir sıra güzəştlər edilib. 

Bu üstünlüklər çərçivəsində şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəti­cəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına, işğal­dan azad olunan ərazilərdə yerləşən da­şınmaz əmlak obyektlərinə xidmət haqqı­na 50 faiz güzəşt tətbiqi nəzərdə tutulub.

Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventar­laşdırılması üzrə tariflər azaldılıb. Sahəsi 1000 kvadratmetrə qədər olan əmlak­ların tariflərində də azalmanın tətbiqi qə­rara alınıb. Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə də xərclərin azaldılması nəzərdə tutulub. 

“Xalq qəzeti”

Sosial həyat