Sosial Xidmətlər Agentliyinin 13 sosial xidmət müəssisəsində bu ilin ilk 6 ayında həssas əhali qruplarından olan 2 min 539 şəxsə sosial xidmət göstərilib.
Bu dövrdə həmin şəxslərə agentliyin müəssisələrində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər stasionar xidmətlər göstərilib.
Qeyd nedək ki, hazırda agentlik 3 min 875 şəxsə evdə (səyyar) sosial-məişət xidməti göstərir.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

