70 nəfər ödənişli ictimai işlə təmin olunub

post-img

Naxçıvan Muxtar Respublikaslnda “İşsizin dostu” proqramı çərçivəsində son iki ayda ödənişli ictimai işlə təmin edilən şəxslərin sayı artıq 370-ə çatıb. DOST İş Mərkəzi tərəfindən bölgədə daha 70 nəfər haqqı ödənilən ictimai işlə təmin olunub. 

Bununla bağlı DOST İş Mərkəzi ilə Culfa, Ordubad, Şərur, Şahbuz, Babək, Kəngərli Rayon İcra Hakimiyyətləri və Naxçıvan MR-nın Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklə­ri, Meliorasiya və Su Təsərrüfatı ASC arasında sazişlər imzalanıb. 

Sazişlər əsasında işə götürülənlərlə onların gələcək sosial təminat hüquq­larına əsas yaradan əmək müqaviləsi bağlanıb. Proqrama cəlb olunan, ilkin peşə hazırlığı olmayan şəxslər müxtəlif fəaliyyət sahələri üzrə işlə təmin edilməklə, həmin sahələrə aid ilkin peşə bacarıqları əldə etmək imkanı da qazanıblar.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat