Azərbaycan UEFA reytinqində irəliləyib

post-img

“Qarabağ” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb. Belə ki, Ağdam klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la evdə 1:1 hesablı heç-heçə etməsi ölkəmizin reytinqinə 0,125 xal gətirib. Bununla da ölkənin cari mövsümdəki xallarının sayı 1-ə çatıb.

Azərbaycanın son 5 mövsümdəki ümumi xallarının sayı 15,250-yə çatıb. Hazırda ölkəmiz UEFA sıralamasında 29-cu pillədədir. Bir addım irəlidə olan Sloveniya 16,250 reytinq xalına malikdir.

Qeyd edək ki, reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman