“Məşğulluğa Dəstək Layihəsi” Şəmkir və Ağstafada

post-img

Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək La­yihəsi” çərçivəsində Şəmkir və Ağstafa rayonlarında da ictimai dinləmələr keçi­riləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunkasiya şöbəsindən bildiriblər.

Qeyd edilir ki, tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən fay­daları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.

İctimai dinləmələr Şəmkir şəhərində, Şəmkir Gənclər Evinin binasında Ağstafa şəhərində, Qazax–Tovuz Regional Məşğulluq Filialının Ağstafa xidmət şöbəsinin bi­nasında təşkil olunacaq.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat