Əlillərə daha bir güzəşt

post-img

Nazirlər Kabineti “Təhsil müəs­sisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” qərarında dəyişik­lik edib.

Dəyişikliyə əsasən, Fərdi Reabilitasi­ya Proqramı ilə müəyyən edilən və kənar şəxslərin daimi kömək və qayğısına ehti­yacı olan əlilliyi olan şəxsləri reabilitasiya müəssisələrində müşayiət edən şəxslərin (1 nəfərdən çox olmamaqla) də həmin müəssisələrdə dövlət büdcəsi hesabına qidalanması təmin ediləcək. Onlar üçün qida normaları əlilliyi olan şəxslər üçün so­sial xidmət müəssisələrində böyüklər üçün müəyyən edilmiş normalara uyğun tətbiq olunacaq. 

Bu dəyişiklik orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri reabilitasiya müəssisələrində müşa­yiət edən şəxslərə şamil edilir.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat