Meşəli sakinləri soyqırımıağrısı ilə yaşayırlar

post-img

“Meşəli kəndində erməni silahlılarının, o cümlədən Vaqif Xaçatryanın törətdikləri qətliam insanlığa sığmayan soyqırımıdır. Həmin dəhşətli hadisədən 32 il ötməsinə baxmayaraq, o ağrılı günləri unutmaq olmur. Kənddə elə ailələr olub 5, eləsi də 4 üzvünü bir gündə itirib. Erməni faşistləri sakinlərimizi xüsusi amansızlıqla, zülm verməklə qətlə yetiriblər”. Meşəlidən məcburi köçkün İbrahim Quliyev daha sonra bildirdi: 

– Ailəmizdə biz 8 nəfər olmu­şuq, 4-nü, o cümlədən qardaşı­mı Vaqif Xaçatryanın rəhbərlik etdiyi cəllad ermənilər güllələ­dikdən sonra yandırdılar, insan­ları işgəncə ilə qətlə yetirdilər. Heç kəsə aman vermədilər. Nə uşağa, nə qadına, nə yaşlıya... ələ keçən hər kəsi işgəncə ilə öldürdülər. 

Vaqif Xaçaturyan Meşəli fa­ciəsinin təşkilatçılarından biri idi. Öncədən snayperçi qızları kəndin ətrafındakı yüksəkliklərə yerləşdirmişdi. Özü isə dəstəsi ilə səhər tezdən kəndə hücum etdi. Öldürülənlərin çoxunu Vaqif şəxsən xüsusi amansızlıqla qət­lə yetirirdi. Xəlil kişini, qız-gə­linləri, qadınları, ağsaqqalları şəxsən özü güllələyir, sonra da yandırırdı. Vaqif Xaçatryanın saxlandığını eşidəndə çox se­vindim. Ümid edirəm ki, digər quldurlar da ələ keçəcək və cə­zalarını alacaqlar.

O müdhiş gecənin digər şahidi Kazım Rəhimov isə söylədi:

– Meşəli hadisəsi XX əsrin ən faciəli hadisələrindən biri olub. Əsrin sonlarına yaxın er­mənilərin hazırladıqları proqram üzrə bu kəndin işğalı bir az önə çəkildi. Kəndin işğalını Xocalı faciəsinə yolaçma kimi qiymət­ləndirirəm. Ona görə ki, bu ha­disə soyqırımı idi. Bura ancaq kütləvi qırğın üçün gəlmişdilər. Meşəli kəndini mühasirəyə alıb nə qadına, nə qocaya, nə uşa­ğa - insanların heç birinə aman vermədilər. Meşəli kəndində baş vermiş hadisə soyqırımı hadisə­sidir.

Meşəli 60 ailəlik bir kənd idi. Buna baxmayaraq, elə müha­sirəyə almışdılar ki, oradan heç kimə qaçmağa, çıxmağa imkan vermirdilər. Bu, bir növ Xocalı hadisəsinin başlanğıcı idi. Laçı­na tərəf çıxış olmasaydı, Meşəli camaatının bəlkə də yarısı qətlə yetirilərdi. Bir balaca yer vardı, çaydan keçirdi, o da yol deyildi, yolların hamısını kəsmişdilər.

Tək Vaqif Xaçaturyan deyil, bu hadisəni törədənlərin hamısı Beynəlxalq Ədalət Məhkəmə­sində ittiham edilib, layiqli cəza almalıdır. Heç olmasa bir təskin­likdir ki, bu qətliamı törədənlərin biri tapılıb.

Hazırladı:

B.VAQİF, “Xalq qəzeti”



Sosial həyat