Şəhid Mirxəyal Kərimzadənin ailəsi ziyarət edilib

post-img

Gənc ictimai fəal, üç dəfə Respublika mahnı müsabiqəsinin qalibi Allahveren Pərvizoğlu Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Mirxəyal Kərimzadənin ailəsini ziyarət edib. 

Gənc müqənninin qəzetimizə verdiyi açıqlamaya görə, görüş zamanı şəhidin anası Elnarə Kərimzadə oğlunun qəhramanlığından danışıb. A.Pərvizoğlu bildirib ki, şəhidlərimizin göstərdiyi şanlı döyüş yolu gənclərimiz üçün bir örnəkdir və onlar həmişə qəlblərdə yaşayacaqlar.

Qeyd edək ki, görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev  də iştirak edib.

"Xalq qəzeti"





Sosial həyat