Erməni qatillər cəzalandırılmalıdırlar

post-img

Xocalılar, Qarabağdan qovulmuş digər soydaşlarımız 30 ildir doğma torpaqlarının ağrı-acısı ilə yaşayıblar. Eyni zamanda Xocalı soyqırımının, Meşəli, Cəmilli, Malıbəyli, Qarabağlı qırğınlarının dəhşətləri qəlbimizdə ağır yaraya çevrilib. Biz əli azərbaycanlıların qanına batmış erməni qatillərinin hamısının cəzalandırılmasını istəyirik. 

Bu sözləri “Xalq qəzeti”nə müsahibəsində “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəy­məmmədoğlu deyib. O qeyd edib ki, Vətən müharibəsində soyqı­rımı cəlladlarının məhv edilməsi ilə xocalılar mənəvi rahatlıq tap­dılar:

– Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmişə deyirdi ki, biz Qarabağı qaytaracaq, mənfur düşmən­dən qisasımızı alacağıq. Meşəli soyqırımı qatili, eyni zamanda Xocalı soyqırımında iştirak et­miş cani Vaqif Xaçatryanın tu­tulması bizi qürurlandırdı. Laçın sərhəd məntəqəsinin qoyulma­sının əhəmiyyəti bir daha təsdiq olundu. Vaqif Xaçatryanı peşə­karlıqla aşkar edib saxlayan sər­hədçilərimizi alqışlayırıq. 

Biz istəyirdik ki, qisasımız alınsın. Bu qatı cinayətkarı meşəlilər, eyni zamanda xocalı­lar yaxşı tanıyırlar. Onun əli gü­nahsız insanların – körpələrin, qocaların, qadınların qanına bu­laşıb. Həmin dəhşətli soyqırımı hadisələrinin şahidləri bildirirlər ki, Xaçatryan ən cinayətkar baş dəstə üzvlərindən biri olub. O, Meşəlidən sonra Xocalı soyqı­rımında da iştirak edib. Eyni zamanda, Azərbaycanın digər yaşayış məntəqələrinin işğalın­da, talan edilməsində əli olan canidir. 

Xocalı soyqırımının qatillə­rinin hamısı törətdikləri dəhşətli cinayət üçün cavab verəcəklər. Cənab Prezidentin dediyi kimi, digər qatillər də öz cəzalarını alacaqlar. Biz həmin günü göz­ləyirik. Sarkisyan, Ohanyan, Ko­çaryan və digər qatillər tökdük­ləri azərbaycanlı qanına görə cavab verəcəklər. 

Biz Meşəli soyqırımı qur­banları beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət etdik. Bu müraciətdə bildirdik ki, dün­ya ictimaiyyəti, beynəlxalq təş­kilatlar Xocalı soyqırımına, er­məni təcavüzünə göz yumdu. Onların layiqli cəzasını vermədi. BMT-nin qətnamələri yerinə ye­tirilmədi. Ancaq Azərbaycan öz gücünə bu qətnamələri yerinə yetirdi. Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət hesa­bına düşmənlər layiqli cəzalarını aldılar. Bu gün Qarabağ torpa­ğı azaddır. Qarabağ abadlaşır. Biz Qarabağa böyük qayıdışa başlamışıq. Xocalı soyqırımı, Meşəli cəlladlarının məhv edil­məsi bizə mənəvi rahatlıq gətirir. Onların Azərbaycan məhkəməsi qarşısında cavab vermələrini gözləyirik. 

Müsahibimiz sonda dedi: “44 günlük Vətən müharibəsin­də oğullarımız ölümün gözünə dik baxdılar. Xalqımıza soyqırı­mı törətmiş qatillər məhv edildi. Bir silah bəs edirdi ki, onların hamısı məhv edilsin. Amma bu qatillərin Azərbaycan qanunları qarşısında cavab verməsi va­cib şərtdir. Bu, həm də onların içüzünü dünya ictimaiyyətinə göstərmək üçün yaxşı vasitə­dir”. 

L.SABİRQIZI,“Xalq qəzeti”

Siyasət