Ehtiyatlı olun: yanğın ola bilər!

post-img

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə, əkinçilik fəaliyyəti ilə məşğul olan fermer və təsərrüfat sahibləri ilə mütəmadi olaraq keçiri­lən maarifləndirici xarakterli görüşlərə baxmayaraq, yenə də bir sıra yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibət müşahidə olunmaqdadır. İcrası sadə olan həmin təhlükəsizlik qaydalarına belə münasibət isə sonda acı nəticələrə gətirib çıxarır.

Son zamanlar meşə və meşə ətrafı ərazilərdə baş verən yanğınlarla əlaqə­dar aparılan təhlillər bu yanğınların bir sıra hallarda meşə massivi ilə əkin sa­hələri arasında şumlama yolu ilə təhlükə­sizlik zolaqlarının yaradılmaması ilə bağlı olduğunu deməyə əsas verir. Belə ki, qa­nunvericiliyə uyğun olaraq əkin sahələri ilə meşə zolağı arasında eni 4 metrdən az olmamaqla şumlama aparılmalıdır ki, bu da əkin sahəsində hər hansı səbəb­dən baş verən yanğının genişlənərək meşəyə keçməsinin qarşısını alır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əkinçilik fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən fer­mer və təsərrüfat sahiblərinə müraciət edərək əkin sahələrinin ətrafında eni 4 metrdən az olmamaqla mineral zolağın yaradılmasının qanunvericiliklə tələb olunduğunu və bu tələbin icra olunma­masının hüquqi məsuliyyət yaratdığını xatırladır.

S.RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat