7 saylı Bakı “ASAN xidmət” mərkəzində jurnalistlər üçün təlim

post-img

“ASAN xidmət”in ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) təşkilatçılığı ilə “Haber Global” televiziyasının əməkdaşları tərəfindən media nümayəndələri və blogerlər üçün təlim proqramı təşkil olundu. 

Media nümayəndələri və blogerlər “Başkent” restoranı tərəfindən təşkil edilən səhər yeməyindən sonra təlimdə iştirak üçün 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə yollandılar.

Əvvəlcə Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətindən söz açdı. Sədr bildirdi ki, mərkəzlərin əhali arasında təbliğində medianın rolu böyükdür. 

Daha sonra 2 saat müddətində davam edən təlim jurnalistlər və bogerlər tərəfindən maraqla qarşılandı. Təlimin məqsədi media nümayəndələrinin təcrübə paylaşımında münbit platforma yaratmaq, xəbərin yaradılmasında və ictimaiyyətə çatdırılmasında innovativ alətlərin istifadəsini təşviq etmək, yeni trendlər üzrə maariflənməkdir.

 

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

_09A0037.JPG

















Sosial həyat