Prezident Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxsi təltif edib

post-img

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında  Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə üç nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, dörd nəfər “Tərəqqi”, iki nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Sosial həyat