Milli Qəhrəman Polad Həşimova məxsus materiallar Tarix Muzeyinə təqdim olunub

post-img

Tovuz döyüşlərinin üç ili tamam olur. Həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, həmin materiallar arasında Polad Həşimovun hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, əlyazmaları və ona məxsus digər əşyalar yer alıb.



Sosial həyat