Ağgöl milli parkının 20 illiyi rəngarəng tədbirlərlə qeyd edilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev parkın yubiley tədbirində iştirak edib.
Zəngin biomüxtəlifliyə malik qoruğun bioloji müxtəlifliyinin bərpasına və dayanıqlı inkişafına dəstək məqsədilə gölə balıq körpələri buraxılıb.
Milli parkı ziyarət edən turistlər buranın təbiəti ilə tanış olub, mövsümi təbiət mənzərələrini, fauna növlərini müşahidə edib, təbiət qoynunda səmərəli vaxt keçiriblər. Ağgöl Milli Parkında regional turizm və ekologiya idarələrinin, Ağcabədi rayon idman məktəbi yetirmələrinin iştirakı ilə yarış keçirilib, qaliblər təltif olunublar.
“Xalq qəzeti”