“CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinin qalibləri elan edilib. 1-ci yerin qalibi ADA Universiteti - CanStellar, 2-ci yerin qalibi Xəzər Universiteti - XəzərSat, 3-cü yerin qalibi isə Milli Aviasiya Akademiyası - BadCube komandası olub.
Ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan “CanSat Azərbaycan” müsabiqəsi artıq 5-ci dəfədir ki, keçirilir. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Qurğu müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə endirilir və eniş fazasından sonrakı müddətdə təyin olunmuş missiyanı yerinə yetirir.
F. SALMANOVA, “Xalq qəzeti”