Hava isti və günəşli olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin verdiyi məlumata əsasən iyulun 7-də Bakıda və Abşeron yarımadasında günəşli olacaq.

Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi əvəz olunacaq. Gecə 20-25°, gündüz 32-37° isti olacaq. Atmos­fer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz ola­caq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nar­daran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbay­canın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 34- 39°, dağlarda gecə 11-16°, gündüz 17-22° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya