“Threads” “Twitter”in rəqibidir

post-img

“Facebook”un sahibi “Meta” şirkəti “Twitter”ə rəqib olaraq inkişaf etdirdiyi “Threads” platformasını ictimaiyyətə təqdim edib. “Instagram” ilə birlikdə işləyəcək proqram “Google Play” və “App Store”da yerini alıb. İlk 7 saat ərzində 10 milyon insan proqrama qoşulub. 

Platformada ilk paylaşımı şirkətin CEO-su Mark Zukerberq edib. “Düşü­nürəm ki, bir milyarddan çox insanın istifadə edəcəyi ictimai söhbət proqra­mı olmalıdır. “Twitter” bu şansını itirdi. Ümid edirəm ki, biz bunu bacaracağıq” – deyə o bildirib. 

“Twitter”dəki “twit”lər, “Threads”da “treds” adlanır. Platformada rəmz limi­ti 500-dür, lakin “Twitter”də bu rəqəm əksər istifadəçilər üçün 280-dir. 

Qeyd edək ki, hazırda sosial şə­bəkələrdə ən trend mövzulardan biri “Threads”dir. Platforma eyni anda 100 ölkədə mövcud olsa da, Avropa Birli­yində istifadəçilər üçün əlçatan deyil. Səbəbi isə AB-nin nizamnamələridir. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya