“Super-intellekt” insanı süni zəkadan qoruyacaq

post-img

Süni intellekt sistemlərinin yenilikləri dünya gündəminin əsas mövzularından biridir. Lakin süni zəka bəşəriyyətin həm də sonu ola bilər. Bunun qarşısının alınması üçün “OpenAI” şirkəti “super-intellekt” adlanan xüsusi sistem qurur. 

Süni intellekt risklərini idarə etmək üçün yaradılan sistem ən istedadlı və ağıllı insandan da mükəmməl olan, bir çox təcrübə sahəsində uğur qazanan süni zəka modelidir. Şirkət “super –in­tellekt”in bəşəriyyətin indiyə qədər icad etdiyi ən effektiv texnologiya olacağını və dünyanın ən aktual problemlərinin çoxunu həll etməyə kömək edəcəyini düşünür. 

Qeyd edək ki, hazırda “super –in­tellekt”in sınaqlarına başlanılıb. Şirkət modeli 10 il ərzində təqdim etməyi planlaşdırır. 

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya