Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı müəyyənləşib

post-img

2024-cü ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb. 

Bakı şəhər halqasında keçiriləcək yarışın sentyabrın 13–15-də təşkili nəzərdə tutulub. Bundan sonra Azər­baycan Qran-Prisi ilk dəfə sentyabra təsadüf edəcək. 

Qeyd edək ki, fevralın 29-da Bəh­reyn Qran-Prisi ilə startı veriləcək möv­süm ərzində 24 yarış keçiriləcək. İlin son yarışı isə dekabrın 6-8-də Abu-Da­bidə olacaq. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman