Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan millisi A qrupunda ikinci oyununu keçirib.
Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında Estoniya millisi ilə qarşılaşan komandamız rəqibə 4:7 hesabı ilə məğlub olub.
Bununla da Azərbaycan yığması turnirdən kənarda qalıb.
Qeyd edək ki, Azərbaycan komandası bundan əvvəlki oyunda Moldovaya 2:3 hesabı ilə məğlub olub.
Leyla SABİRQIZI, “Xalq qəzeti”