Ağırlıqqaldıranlarımız 2 medal qazanıblar

post-img

Moldovanın paytaxtı Kişineuda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində idmançılarımız iki medal qazanıblar. 

Körpücük üzərinə çıxan Turan Əli­yev yaşı 17-dək olan oğlanlar arasın­da 67 kiloqram çəki dərəcəsində bir­dən qaldırma hərəkətində 114, təkanla qaldırma hərəkətində 136 kiloqramı ram edib. Toplam 250 kiloqram nəticə göstərən T.Əliyev yekun sıralamada bürünc medal qazanıb. 

Komandamızın digər üzvü, 67 ki­loqram çəki dərəcəsində çıxış edən Yunis Bayramov isə yaşı 15-ə qədər olan oğlanlar arasında birdən qaldırma hərəkətində 99 kiloqramı ram edib və bu hərəkətdə üçüncü yeri tutub.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman