Artıq içiləndə dərd verir çay da

post-img

Pekin universitetinin mütəxəssisləri 2 il çəkən araşdırmalar nəticəsində qara və yaşıl çayın bəzi xəstəliklərə səbəb olmasını sübut ediblər. Bu tədqiqatlara görə, qara və yaşıl çay qədərindən çox içiləndə mədə-bağırsaq, həmçinin qaraciyər, sinir sistemi zədələnməsinə və qanaxmalara səbəb olur.

Araşdırmada 500 mindən çox in­san iştirak edib. Onların verdikləri mə­lumatlar əsasında mütəxəssislər belə qənaətə gəliblər ki, gündəlik 5 qram və daha çox çay içmək qaraciyər xərçən­ginə tutulma ehtimalını 26 faiz artırır. Həmin miqdar çay qəbulu ilə ağciyər xərçənginə tutulma riski 62, mədə xər­çənginə tutulma isə 29 faizdir.

Zərifə HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat