Endokrinoloqların fikrincə, təzə sıxılmış portağal şirəsi sağlamlıq üçün zərərlidir. Bir stəkan şirə üçün orta hesabla iki-üç portağal lazımdır. Amma heç kim bir oturuma bu sayda sitrus meyvəsi yemir. Çəkilmiş şirədə praktiki olaraq heç bir qiymətli lif qalmır.
Lif isə qlükoza və fruktozanın qana daxil olma sürətini yavaşıdır. İnsan bir stəkan şirə içəndə dərhal sadə karbohidrat yükü alır. Bu, qaraciyər metabolizminə zərər verir.
Biz Coca-Colanı zərərli hesab edirik. Ancaq eyni miqdarda kola və portağal suyunu müqayisə etsək görərik ki, onların tərkibindəki şəkərin miqdarı eynidir.
Buna görə də çox şirə içmək vərdişi alkoqolsuz qaraciyər yağlanmasına– hepatoza, həmçinin metabolik sindromun, diabetin, ürək və damar xəstəliklərinin, podaqranın inkişafına səbəb ola bilər.
İsti havalarda çoxlu su içmək olmaz. Onun da orqanizmə mənfi təsiri var.
Zərifə HÜSEYNLİ, “Xalq qəzeti”