Günərzi qayğı mərkəzlərinə tələbat artır

post-img

Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında ötən ay fəaliyyətə başlayan Günərzi qayğı mərkəzlərinə 630 uşaq cəlb olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər.

Qeyd olunan layihələr uşaqların dövlət uşaq müəssisələrinə düş­məsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədini daşıyır.

Verilən məlumata görə, 21 şəhər və rayonda (Ağsu, Ağdaş, Bərdə, Cəlilabad, Gəncə, Xaç­maz, İmişli, Qax, Qazax, Qobus­tan, Qəbələ, Quba, Lənkəran, Masallı, Oğuz, Samux, Sabira­bad, Şabran, Şəmkir, Şirvan, Ucar şəhər və rayonları) qurulan Günər­zi qayğı mərkəzlərində 3 yaşdan 12 yaşadək və həssas qruplara aid olan uşaqların sosial reabilitasiyası işləri aparılır.

Qeyd edək ki, bu mərkəzlər­də uşaqlar korreksiya, abilitasiya və reabilitasiya xidmətlərinin təş­kili istiqamətində yarımstasionar formada sosial xidmətlərlə təmin edilir. Onlara sosial psixoloji, nev­roloji, pedaqoji və digər xidmətlərlə yanaşı, ailələrinə hüquqi məsləhət xidmətləri də göstərilir.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat