Dostluq və qardaşlıq zirvəsindən sabaha baxış

post-img

“Bizim günlərdə Azərbaycan və Türkiyə dil, din, tarix, mənşə birliyi və qardaşlığı ilə çətinlikləri birlikdə aşıb, yaxşı və pis gündə həmrəy olmanın nümunəsini bütün dünyaya göstərib. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçildikdən sonra ilk səfər etdiyi müstəqil dövlətin Azərbaycan olması bu gerçəyi bir daha sübut etdi”. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili seçilmiş, MHP-nin Türk dünyası və beynəlxalq əlaqələr üzrə sədr müavini Kamil Aydın “Xalq qəzeti”nə bu açıqlamasının davamında bildirdi:

– Bu birliyin əsasını Türkiyə Cüm­huriyyətinin qurucusu Qazi Musta­fa Kamal qoyub. Qurucu liderimiz Atatürk Türkiyə xaricində yaşayan soydaşlarımızla mənəvi körpüləri­mizi qoruyub saxlamağın, dilimizə, inancımıza, kökümüzə sahib çıxma­ğın, zamanı gələndə türk xalqları və toplumlarının bizə yaxınlaşmasını gözləmədən bizim onları himayə et­məyimizin vacibliyini vəsiyyət edib. 

Türkiyə 44 gün davam edən İkin­ci Qarabağ müharibəsində bütün səviyyələrdə azərbaycanlı qardaşla­rının yanında oldu, Qarabağın azad­lığı üçün bütün imkanlarını səfərbər etdi. Son 20 ildə ölkələrimizin prezi­dentlərinin ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutaraq fəaliyyət göstərməsi Azər­baycan və Türkiyə ilə yanaşı, türk dövlətlərinə də tarixi qələbə qazan­dırır. Bununla da türk dövlətləri birli­yinin əhəmiyyəti bir daha artır. Hətta regional təhlükələrə görə türk birli­yindən çəkinən ölkələr də Qarabağ savaşı zamanı ortaya qoyduğumuz məqsəd və qətiyyətlə hesablaşmalı oldu. Öndərlərimiz Atatürk və Heydər Əliyevdən bizə miras qalan qardaşlıq ənənələrini prezidentlər Rəcəb Tay­yib Ərdoğan və İlham Əliyev yüksək səviyyədə davam etdirirlər. 

2021-ci il iyunun 15-də azadlı­ğına qovuşmuş qədim türk şəhə­rində qəbul edilmiş Şuşa Bəyan­naməsini xatırlayan Kamil Aydın dedi:

–Azərbaycan və Türkiyə dövlət­ləri tərəfindən imzalanmış bu sənəd­də iki ölkənin siyasi, iqtisadi, sosial, mədəni, humanitar, səhiyyə, təhsil, gənclər və idman sahələrində, digər tərəfdən isə müdafiə məsələsində strateji ortaqlığı təsdiqlənib. Əldə edilən irəliləyişlərin ardından ölkə­mizdə əsrin fəlakəti kimi tanınan zəl­zələlərdən sonra Azərbaycan “Dost­lar gözlənilmədən, çağırılmadan gəlir” məramı ilə köməyə tələsən ilk ölkə oldu. Zəlzələ bölgəsinə həm ax­tarış-xilasetmə, həm də maddi-tex­niki dəstək göndərən və əllərindən gələn köməyi əsirgəməyən azərbay­canlı soydaşlarımızın bizim üçün et­dikləri iki ölkənin yaxşı və pis gün­lərdə bir yerdə olduğunun ən bariz nümunəsidir”

Azərbaycan Türkiyədə keçi­rilən 14 may prezident və parla­ment seçkilərində, eləcə də mayın 28-də prezident seçkilərinin ikinci turunda da mənəvi dəstəyi ilə Tür­kiyədə demokratik seçkilərin qələ­bə çalmasına töhfə verdi. Türkiyə üçün həyati əhəmiyyət kəsb edən bu prosesdən sonra dövlətimizin başçısının dəvəti ilə ölkəmizə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri daimi və sarsılmazdır.

Kamil Aydın Türkiyə Prezidenti­nin Azərbaycana son rəsmi səfəri­nin əhəmiyyətini qısaca belə ifadə etdi: 

–Azərbaycan rəhbəri İlham Əli­yevin Türkiyənin dövlət başçısı Rə­cəb Tayyib Ərdoğanla, eləcə də nümayəndə heyətləri arasında ke­çirilən görüşlərində ikitərəfli, regio­nal məsələlərlə yanaşı, beynəlxalq aləmin gündəm daşıyan mövzuları da diqqət mərkəzində oldu. Bu səfər dünyada bənzəri olmayan dostluq və qardaşlığımızı yeni bir səviyyəyə qaldırdı. Biz tezliklə dünyaya yeni bir uğur zirvəsindən baxacağıq.

Mehparə SULTANOVA,
“Xalq qəzeti”

Ankara

Sosial həyat