Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dünən 72 nəfər olmaqla, daha 22 ailə doğma yurda qovuşmağın sevincini yaşayıb.
Qeyd edək ki, Laçına qayıdan ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.
Bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülmüşdü.