Sumqayıtda “Əbədi ömrün yüz ili” kitabının təqdimatı

post-img

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəşr etdirdiyi “Əbədi ömrün yüz ili” kitabının təqdimatı keçirilib.

YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov ümummilli lider Heydər Əliye­vin Azərbaycan xalqı və dövləti qarşısın­dakı tarixi xidmətlərindən, zəngin həyatı və çoxşaxəli fəaliyyətindən, eləcə də təqdim olunan kitabın əhəmiyyətindən danışıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək ulu öndərin ədəbiyyatımı­zın inkişafındakı misilsiz xidmətlərindən danışaraq bildirib ki, Heydər Əliyev hər xalqa, bəlkə də əsrdə bir dəfə qismət olan qənimət, nadir şəxsiyyət idi. Müd­rik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sa­bitlik, tərəqqi dövrü kimi tarixə həkk olu­nub. Azərbaycanda uğurlu dövlət quru­culuğu həyata keçirilib, bütün sahələrdə köklü islahatlar aparılıb, ölkəmizin bey­nəlxalq əlaqələri inkişaf etdirilib, dünya­da mövqeyi möhkəmlənib. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Heydər Əliyev ideyaları yaşayır, onun alternativsiz si­yasəti layiqli varisi və uğurlu davamçısı Prezident İlham Əliyev tərəfindən müvəf­fəqiyyətlə həyata keçirilir. Kitabda bütün bunlar öz əksini tapıb.

Əməkdar incəsənət xadimi Elçin Hü­seynbəyli, Özbəkistan yazıçısı, Əməkdar jurnalist Məmmədqul Həzrətqulov, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçı­sının birinci müavini Teymur Səmədov, “Şöhrət” ordenli Əməkdar müəllim Ofel­ya Babayeva, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı, ictimaiyyət nümayəndələri, tanınmış ziyalılar çıxış­larında ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafında, müstəqilliyi­mizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərini, ölkəmizdə ədəbiyyat sahəsi­nin inkişafına göstərilən dövlət qayğısını minnətdarlıqla yad ediblər. 

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Sosial həyat