Göyçayda “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir

post-img

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri və iştirakçıları da iştirak ediblər.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov qeyd edib ki, 1993-cü ildə respublikada həyatın bütün sahələri iflic olmuşdu. Hərbi, iqtisadi böhran hökm sürürdü. Dövlət əmlakının mənimsənil­məsi kütləvi xarakter daşıyırdı. Azərbay­can xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini ye­nicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyev­dir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək niyyətində idi.

Sonra Göyçay Rayon İcra Hakimiyyə­tinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Məzahir Əfəndiyev və Elman Nəsirli, iqtisad elmləri doktoru, professor İrşad Kərimli, Ulaşlı Şıxlı kənd tam orta məktəbinin direktoru Aynur Mahmudova çıxış edərək Qurtuluş Gününün Azərbay­canın tarixində dönüş nöqtəsi olduğunu qeyd ediblər. 

Bildirilib ki, Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyas­da nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı­nın məntiqi nəticəsi olduğu vurğulanıb.

Sonda ümummilli lider Heydər Əli­yevə həsr olunmuş “Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsdir” adlı videoçarx nümayiş olu­nub. 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat